Xəbər lenti

İlon Maskın uğursuz
Dünya 16:24 29.06.2025

İlon Maskın uğursuz "Starship" testləri Meksikanı qəzəbləndirdi

"SpaceX"in Texas ştatının cənubunda keçirdiyi uğursuz raket testləri Meksikanın rəsmi etirazına səbəb olub. Meksika prezidenti Klaudia Şeynbaum bildirib ki, testlər nəticəsində yaranan ətraf mühit çirklənməsi ilə bağlı iddialar araşdırılır və hüquqi addımların atılması nəzərdən keçirilir.

Qaynarinfo xəbər verir ki, Şeynbaum mətbuat konfransında çıxışı zamanı qeyd edib: "Burada həqiqi bir çirklənmədən bəhs edirik. Bu hadisələr sadəcə texniki nasazlıq deyil, həm də regional ekoloji təhlükəsizlik kontekstində qiymətləndirilməlidir”.

Etirazlara səbəb olan hadisə ötən həftə "SpaceX"in Starbase adlı obyektində baş verən partlayışdır. Statik alışma testi öncəsi hazırlıqlar zamanı "Starship" raketlərindən biri böyük gurultu ilə partlayıb. Hadisədə insan itkisi olmasa da, ətrafa yayılan qalıqlar səbəbilə bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib və əhali üçün müvəqqəti uzaq durma çağırışı edilib.

Starbase mərkəzi ABŞ-ın Texas ştatının cənub ucunda, Meksika sərhədinə çox yaxın yerləşir. Ən yaxın Meksika yaşayış məntəqəsi olan Matamoros qəsəbəsi cəmi 13 kilometr məsafədədir. Bu yaxınlıq baş verən qəzaların beynəlxalq xarakter almasına səbəb olur.

Son partlayış "Starship" proqramında yaşanan texniki problemlərin nümunəsidir. Son altı ayda bir neçə oxşar hadisə baş verib. Yanvar ayında keçirilən yeddinci test uçuşu zamanı raketdəki təzyiq sistemində sızma və yanğın baş verib, nəticədə Karib dənizi sahillərinə qədər qalıqlar yayılıb. Martda mühərrikdəki nasazlıq səbəbilə uçuş yarımçıq dayandırılıb və raket havada partlayıb. May ayında isə atmosferə qayıdış zamanı sızma nəticəsində nəzarət itirilib və raket havada parçalanıb.

Bu hadisələrdən sonra ABŞ-ın Federal Aviasiya İdarəsi (FAA) təhlükəsizlik səbəbilə Florida ştatının bəzi bölgələrində müvəqqəti uçuş qadağası tətbiq edib.

Meksika tərəfində isə ətraf mühitlə bağlı narahatlıqlar güclənməkdədir. Tamaulipas əyalətinə yaxın bölgədə raket sınaqlarının təsiri ilə bağlı rəsmi araşdırma başladılıb. Yerli ekoloji təşkilatlar "Starship" testlərinin təbii həyatı təhlükə altına atdığını, xüsusilə Texasın Boka Çiça sahillərindəki həssas ekosistemə mənfi təsir göstərdiyini bildirirlər.

Meksikalı rəsmilər bildirirlər ki, sərhədin o tayından qaynaqlanan bu təsirlər yalnız ABŞ-ın daxili məsələsi sayıla bilməz. Prezident Şeynbaum da bu mövqeni bölüşərək qeyd edib: "Hansı hüquqi addımların atıla biləcəyini qiymətləndiririk. Məsələ təkcə qalıqlarla bağlı deyil, uzunmüddətli təsirlər də nəzərə alınmalıdır”.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->