Xəbər lenti

İlqar Məmmədovdan xəbər yoxdur - Görüşə icazə verilmir
Siyasət11:58 16.05.2015

İlqar Məmmədovdan xəbər yoxdur - Görüşə icazə verilmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"İlgar Məmmədovla görüşə icazə verilmir." 

Qaynar.info xəbər verir ki, bu sözləri REAL hərəkatının icra katibi Natiq Cəfərli yazıb.

Natiq Cəfərlinin sözlərinə görə, İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova bu gün 2 saylı cəzaçəkmə müəssisəsinə getsə də görüşə icazə verməyiblər:"Ona İlqar bəylə görüş verməyiblər, apardığı yeməyi də qəbul etməyiblər. İlqardan heç bir xəbər ala bilmirik. Dünən vəkili Fuad Ağayevi də yayına buraxmayıblar. Ombudsman Aparatından, Qırmızı Xaç Komitəsindən, Penitensiar Xidmətdən isararla rica və tələb edirik ki, İlqar bəyin sağlıq durumu haqqında ictimayyətə doğru-dürüst məlumat versinlər. İlqar Məmmədova vəkilləri ilə görüşməsinə şərait yaratsınlar!"

Xatırladaq ki, İlqar Məmmədov Mayın 14-də "karser"ə salınıb. Onun nə səbəbdən "karser"ə salınması deyilmir.

İlqar Məmmədov 2013-cü ildə İsmayıllıda baş verən etiraz aksiyalarına görə 7 il azadlıqdan məhrum edilib. O, kütləvi iğtişaşlara çağırma və hakimiyyət nümayəndələrinə qarşı zor işlətməkdə təqsirli bilinib.

Yerli və beynəlxalq hüquq müdafiəçiləri İlqar Məmmədovun həbsini siyasi sifariş hesab edir. Avropa İnsan Haqları Məhkəməsi İlqar Məmmədovun dərhal azadlığa buraxılması və hakimiyyətin ona təzminat ödəməsi barədə qərar çıxarıb.

Elkin Xəlilov

Qaynar.info