
Şəki İstintaq Təcridxanasında saxlanılan Müsavat başqanının müavini Tofiq Yaqublu və Real Hərəkatının sədri İlqar Məmmədov Bakıya köçürülüb.
Bu barədə Qafqazinfo”ya vəkil Nemət Kərimli məlumat verib. N.Kərimli bildirib ki, məhusların hər ikisini Bakıya gətirirlər: “Yoldadılar, yaxın saatlarda çatacaqlar. Şüvəlan təcridxanasına gətirirlər. Oradan isə cəzaçəkmə müəssisəsinə göndəriləcəklər. Amma hansı cəzaçəkmə müəssisəsinə göndəriləcəkləri haqda məlumatımız yoxdur”.
Qeyd edək ki, İ.Məmmədov və T.Yaqublu İsmayıllı hadisələrinə görə həbs olunub.
Qaynar.info