Xəbər lenti

Şimali İraqdakı Türkiyə bazasına raket hücumu
Dünya05:07 10.06.2022

Şimali İraqdakı Türkiyə bazasına raket hücumu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çərşənbə axşamı gecə saatlarında Türkiyə Silahlı Qüvvələrinin yerləşdiyi İraqın şimalındakı Mosul əyalətindəki Zelikan bazasına 4 raket atılıb. Xoşbəxtlikdən hücum nəticəsində hər hansı itki olmayıb və maddi ziyan baş dəyməyib.
Qaynarinfo bu barədə "Al-Alam" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, baza ötən həftə də hücuma məruz qalıb. Cümə axşamı həyata keçirilən həmin hücumda Zelikan bazasına bir neçə PUA və raketlə hücum edilib.
Qeyd edilir ki, Zelikan bazası bundan əvvəl də mayın 20-də PUA ilə hücuma məruz qalmışdı. Həmin hücumda 4 çox pilotsuz təyyarə Türkiyənin Başikadakı hərbi bazasına hücum edib.
"Əhrar Sincar" terror qruplaşmasının hərbi sözçüsü Dərman Tavus Mələk hücumun onlar tərəfindən edildiyini bildirib: "Biz Türkiyənin İraq və onun şəhərlərində əməliyyatları barədə xəbərdarlıq etmişdik və əməliyyatımız Türkiyənin Kərkük və Duhok ətraflarında son əməliyyatlara cavab olaraq həyata keçirilib”.
Qeyd edək ki, Türkiyə uzun müddətdir Şimali İraqda PKK terror qruplaşmasına qarşı antiterror əməliyyatları keçirir. 
M.Arif