Dünya 14:47 24.02.2023

Şimali Koreya ABŞ-a xəbərdarlıq etdi: Bu, müharibə elanı kimi qiymətləndirilə bilər

ABŞ-ın KXDR-ə qarşı növbəti təxribatları və Şimali Koreya tərəfinin etirazlarına məhəl qoymaması müharibə elanı kimi qiymətləndirilə bilər.
 
Qaynarinfo xəbər verir ki, bu sözləri KXDR Xarici İşlər Nazirliyinin ABŞ-la münasibətlərə nəzarət edən departamentinin direktoru Kvon Çjon Qın deyib

Kvon Çjon Qın Şimali Koreyanın raket buraxılışlarını müzakirə edən BMT Təhlükəsizlik Şurasının "ABŞ və onun satellitlərinin təsirində olan" iclasını pisləyib. Şimali Koreya Xarici İşlər Nazirliyinin nümayənfəsi raket buraxılışlarını "dövlətin özünümüdafiə üçün qanuni hüququ” adlandırıb. 

"Əgər BMT Təhlükəsizlik Şurası həqiqətən Koreya yarımadasında sülh və təhlükəsizliyə töhfə verməkdə maraqlıdırsa, o zaman ABŞ və Cənubi Koreyanın keçirdiyi genişmiqyaslı birgə hərbi təlimlər kimi hərbi gərginliyi daha da gücləndirən hərəkətlər kəskin şəkildə pislənməlidir”, - o vurğulayıb.

Kvon Çjon Qın bildirib ki, bu cür hərəkətlər BMT Təhlükəsizlik Şurasının "ABŞ-ın KXDR-ə təzyiq vasitəsinə çevrildiyini” açıq şəkildə təsdiqləyir.

Şimali Koreya ilin əvvəlindən bəri üç raket buraxılışı həyata keçirib. Fevralın 18-də bir qitələrarası ballistik raket buraxıb, fevralın 20-də iki ballistik raket Yaponiyanın iqtisadi zonasından kənara düşüb. Tokio raket buraxılışına görə Pxenyana etirazını bildirib və BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib. Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq daha əvvəl bildirib ki, respublika ABŞ-ın Koreya yarımadasındakı fəaliyyəti davam edərkən Sakit okeana raket atmağa davam edəcək.

Nizami Bağırov