Xəbər lenti

Şimali Koreya gecə parad keçirdi və nüvə silahını daha da artırmağa söz verdi
Dünya08:34 26.04.2022

Şimali Koreya gecə parad keçirdi və nüvə silahını daha da artırmağa söz verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şimalı Koreya prezidenti Kim Çen İn gecə saat 10-da paytaxt Pyonqyanqda hərbi parad keçirib.
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə Şimali Koreya dövlət mediası məlumat yayıb.
Paradda Koreyanın ən böyük qitələrarası ballistik raketi nümayiş etdirilib. Prezident Kim Çen isə qadağan olunmuş nüvə silahlarının inkişaf etdirilməsinə söz verib. 
"Biz xalqımızın nüvə potensialının gücləndirilməsi və artırılması işini ən yüksək templə davam etdirəcəyik”, - deyə Kim Çen bildirib. 
O nüvə silahlarını Şimali Koreyanın milli gücünün simvolu adlandırıb.
"Gələcəkdəki qeyri-müyyən hərbi siyasi vəziyyətə və hər növ böhranlara hazırlaşmaqla biz nüvə gücümüzü mümkün sürətlə artırmağa davam edəcəyik”, - o deyib. 
O nüvə silahının müdafiə məqsədi daşıdığını bildirsə də, Şimali Koreyanın fundamental maraqlarına təhdid olacağı təqdirdə onun istifadə edilə biləcəyini vurğulayıb.
Ordu yaradılmasının 90 illiyini münasibətilə təşkil edilən parad qabağı dövlət televiziyası ölkə vətəndaşları və silahlı qüvvələri prezident Kimə mütləq sadiqliyə and içməyə çağırıb.
Nurlan Hüseynov