Rusiya ordusuna dəstək üçün Kursk vilayətinə 10-12 min Şimali Koreya əsgərinin yerləşdirilməsi Moskvanın Ukrayna Silahlı Qüvvələrini regiondan sıxışdırıb çıxarmaq cəhdləri kontekstində müəyyən rol oynaya bilər. Bu, bir sıra amillərdən asılıdır.
Qaynarinfo Pentaqonun saytına
istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü general-mayor Patrik Rayder deyib.
ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib ki, Rusiya hərbi-siyasi rəhbərliyinin hücumun ilk günlərində Ukrayna ordusunun Kursk əməliyyatının başlanmasına cavabı USQ-ni bölgədən çıxarmaq cəhdləri baxımından "çox qarışıq" olub.
"Və əksər hallarda onlar ukraynalıları sıxışdıra bilməyiblər. Bəzi əlavə əraziləri geri qaytarıblar, amma əhəmiyyətli olaraq təsnif edəcəyimiz heç bir şey baş verməyib”, deyə Rayder bildirib.
Onun sözlərinə görə, bu əlavə 10-11-12 min Şimali Koreya qüvvələrin Kursk vilayətində yerləşdirilməsi əlbəttə, döyüş qabiliyyəti baxımından mühüm əhəmiyyət kəsb edə bilər.
Eyni zamanda, Pentaqon nümayəndəsi qeyd edib ki, çox şey bu qüvvələrin necə istifadə olunmasından, onların Rusiya komandanlığı və nəzarətinə necə inteqrasiya olunmasından asılı olacaq.
Bundan əlavə, o, bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinin döyüşdə bərkimiş əsgərləri çox güman ki, Kursk vilayətində əməliyyatı davam etdirəcək, o cümlədən nəzarət altına alınan ərazini saxlayacaq.
Pentaqon nümayəndəsi vurğulayıb ki, çox şey yalnız Rusiya Federasiyasının Şimali Koreya kontingentindən necə istifadə etmək qərarına gəlməsindən və onların nə dərəcədə inteqrasiya olunduğundan, hansı döyüş təcrübəsinə malik olmasından asılıdır.
Nizami Bağırov
Şərhlər