Xəbər lenti

Şimali Koreya Rusiyanın köməyi ilə casus peyki buraxmağa hazırlaşır – Yonhap
Dünya09:36 06.11.2023

Şimali Koreya Rusiyanın köməyi ilə casus peyki buraxmağa hazırlaşır – Yonhap

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cənubi Koreyanın Birləşmiş qərargah rəisləri komitəsi Şimali Koreyanın noyabr ayında casus peykini buraxmaq üçün tezliklə üçüncü cəhd edə biləcəyi barədə xəbərdarlıq edib.
Bu barədə Qaynarinfo Yonhap-a istinadən xəbər verir.
Şimali Koreya keçən il "Hwasong-17” qitələrarası ballistik raketinin uğurla sınaqdan keçirilməsini qeyd etmək üçün noyabrın 18-ni "Raket sənayesi günü” elan edib. 
Birləşmiş qərargah rəisləri komitəsinin nümayənfəsi Li Son Cun bildirib ki, Cənubi Koreya hərbçiləri qitələrarası ballistik raketin buraxılmasının birinci ildönümü ərəfəsində Şimali Koreyada müxtəlif təxribatların əlamətlərini izləyir.
"Cənubi Koreya və ABŞ kəşfiyyat xidmətlərii Şimali Koreyanın müxtəlif təxribatlar, o cümlədən kosmik peyk adlandırdığı peykin üçüncü buraxılışı da daxil olmaqla, potensialını izləmək və nəzarət etmək üçün yaxından işləyir", - Li Son bildirib.
Şimali Koreya əvvəllər müvafiq olaraq may və avqust aylarında orbitə casus peyki çıxarmaq üçün iki uğursuz cəhd etmiş və oktyabrda yenidən cəhd edəcəyinə söz vermiş, lakin bu tarixə əməl edə bilməyib.
Keçən həftə Cənubi Koreyanın müdafiə naziri Sin Von Sik bildirib ki, Şimali Koreya Rusiyanın köməyi ilə sistemdəki texnoloji nasazlıqları aradan qaldırmaq üçün casus peykinin buraxılması planını təxirə salmış ola bilər.
Qeyd edək ki, Qərb və Cənubi Koreya mənblərinə görə, Şimali Koreya Rusiyaya 1 milyondan çox artilleriya mərmisi göndərib. Təchizat bu ilin avqustunda başlayıb.
Şimali Koreya Rusiyaya 10-a yaxın silah tədarük edib ki, bu da təxminən iki aylıq atəşə kifayət edə bilər.
Kim Çen İnin Rusiyaya son səfərindən sonra Ağ Ev Ş.Koreyanın Moskvaya 1000 konteyner hərbi texnika və sursat verdiyini açıqlayıb.
Nizami Bağırov