Xəbər lenti

Şimali Koreya Sarı dənizə doğru bir neçə qanadlı raket atıb - KİV
Dünya06:44 22.07.2023

Şimali Koreya Sarı dənizə doğru bir neçə qanadlı raket atıb - KİV

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şimali Koreya Sarı dənizə doğru bir neçə qanadlı raket buraxıb.
Qaynarinfo xəbər verir ki, "Yonhap" agentliyi bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, raketlər yerli vaxtla təxminən səhər saat 04:00-daburaxılıb.
Qeyd edilir ki, hazırda ABŞ və Cənubi Koreya hərbçiləri buraxılan raketlərin xüsusiyyətlərini müəyyən etmək üçün məlumatları təhlil edirlər.
Seul əlavə edib ki, Cənubi Koreya silahlı qüvvələri növbəti atışların mümkünlüyü üçün hazır vəziyyətdədir və amerikalı həmkarları ilə koordinasiya edir.
Çərşənbə günü Şimali Koreya Yapon dənizində iki qısa mənzilli ballistik raket sınağı keçirib. Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, birinci raket 550 kilometr, ikinci raket isə 600 kilometr uçub. Onların maksimal hündürlüyü 50 kilometr idi. Onlar Yaponiyanın müstəsna iqtisadi zonasından kənara çıxıblar.
Aydın