Xəbər lenti

Şimali Koreya Seul üzərində beş PUA uçurdu, Cənub onları vura bilmədi
Dünya11:59 26.12.2022

Şimali Koreya Seul üzərində beş PUA uçurdu, Cənub onları vura bilmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
21Cənubi Koreya ordusu ən azı beş KXDR pilotsuz təyyarəsinin ölkənin hava məkanını pozduğunu bildirib. 
Qaynarinfo bu barədə TASS-a istinadla xəbər verir.
"Şimali Koreya pilotsuz təyyarələri kiçik idi - iki metrdən çox deyildi, onlardan biri Seulun şimal bölgələrinə, dördüsə Qanqva adasının ərazisində uçdu. Hərbçilərimiz özünümüdafiə hüququ əsasında dərhal cavab verdi”, - Koreya Respublikasının Qərargah Rəisləri Komitəsi bildirib.
Seulun məlumatına görə, Pxenyan PUA-lara kəşfiyyat vaqsitələri yerləşdirib. Koreya Respublikasının hərbçiləri Şimali Koreya pilotsuz təyyarələrinin nüfuzunu təxribat adlandırıb.
Bu məqamda pilotsuz təyyarələrin silahla təchiz edilib-edilmədiyi bəlli deyil.
Yonhap-ın Koreya Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəislərinə istinadən verdiyi məlumata görə, pilotsuz təyyarələrdən biri Seulun şimal rayonları üzərində uçuş həyata keçirib. Qalan PUA-lar Cənubi Koreyanın qərb sahillərində Qanqva adasının üzərindən keçib.
Cənubi Koreya komandanlığı bu obyektləri vurmaq üçün qırıcı və helikopterləri havaya qaldırıb. Eyni zamanda, bəzi məlumatlara görə, helikopterlər pilotsuz təyyarələrə 100-ə qədər mərmi atsa da, onları vura bilməyib. Cənubi Koreyaya məxsus KA-1 təyyarələrindən biri naməlum səbəbdən Seuldan 140 km şərqdə qəzaya uğrayıb, hər iki pilot katapult edib.
Şimali Koreyaya məxsus pilotsuz təyyarələr sonuncu dəfə 2017-ci ildə sərhədi pöozub.
Alpər