Şimali Koreya ABŞ-ın RC-135, U-2S və RQ-4B kəşfiyyat təyyarələrini iyulun 2-dən 9-dək Şərq və Sarı dənizlər üzərində təxribat xarakterli uçuşlar həyata keçirməkdə ittiham edib.
Qaynarinfo
xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi KXDR Müdafiə Nazirliyinə istinadən məlumat
yayıb.
"Şərq dənizi üzərində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus strateji kəşfiyyat təyyarəsi Koreya Xalq Demokratik Respublikasının hava məkanını bir neçə dəfə onlarla kilometr pozub", - Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Agentlik ABŞ-ın KXDR-in hava məkanını mütəmadi olaraq pozduğunu iddia edir. "Şərq dənizi üzərində ABŞ Hərbi Hava Qüvvələrinin strateji kəşfiyyat təyyarəsinin vurulması kimi şokedici hadisənin baş verməyəcəyinə zəmanət yoxdur”, - deyə KXDR Müdafiə Nazirliyi əlavə edib.
Bundan əvvəl məlum olmuşdu ki, ABŞ Cənubi Koreya ilə razılaşmaya əsasən, yarımadada nüvə ballistik raketləri ilə təchiz edilmiş sualtı qayıq yerləşdirməyi öhdəsinə götürüb.
Alpər