Xəbər lenti

Şimali koreyalı hakerlər nüvə proqramı üçün hərbi sirləri oğurlamağa çalışırlar
Dünya 17:00 26.07.2024

Şimali koreyalı hakerlər nüvə proqramı üçün hərbi sirləri oğurlamağa çalışırlar

Şimali Koreyalı hakerlər nüvə proqramını dəstəkləmək üçün digər ölkələrin hərbi sirlərini oğurlamağa çalışırlar.

Qaynarinfo DW-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Federal Təhqiqatlar Bürosu, ABŞ Milli Təhlükəsizlik Agentliyi, Böyük Britaniya Milli Kibertəhlükəsizlik Mərkəzi və Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin hesabatında deyilir.

Hesabatdan məlum olub ki, "Anadriel” qrupu kimi tanınan hakerlər tanklar, sualtı qayıqlar, döyüş gəmiləri, döyüş təyyarələri, raketlər və radar sistemləri istehsalçıları da daxil olmaqla, çoxsaylı müdafiə və mühəndislik şirkətlərinin kompüter sistemlərinə hücum edib və ya onları sındırıblar.
"Anadriel” Pxenyanın kəşfiyyat idarəsinin bölməsidir.

"Bu gün ifşa etdiyimiz qlobal kibercasusluq əməliyyatı dövlət tərəfindən (Şimali Koreya) maliyyələşdirilən aktorların öz hərbi və nüvə proqramlarına nail olmaq üçün haraya qədər getməyə hazır olduqlarını göstərir”, - Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzindən Pol Çiçester deyib.

FTB-nin məlumatına görə, "Anadriel” hakerləri kiberhücumlar həyata keçirmək üçün proqram təminatının boşluqlarından istifadə edərək, məxfi məlumatlara çıxış əldə etmək üçün zərərli proqram və fişinqdən istifadə ediblər.

Onlar uranın emalı və zənginləşdirilməsi, həmçinin raketlər və HHM sistemləri haqqında məlumat əldə etməyə çalışıblar.

Buna görə də FTB müdafiə, aerokosmik, nüvə və mühəndislik sənayesindəki şirkətləri "şəbəkələrini Şimali Koreyanın sponsorluq etdiyi kiberhücumlardan qorumaqda ayıq-sayıq olmağa” çağırıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->