Xəbər lenti

Şimali Koreyanın köhnəlmiş mərmiləri Rusiyanı ayaq üstə saxlayır -
Dünya 15:11 04.10.2024

Şimali Koreyanın köhnəlmiş mərmiləri Rusiyanı ayaq üstə saxlayır - "Foreign Policy"

Şimali Koreyanın köhnəlmiş artilleriya mərmiləri Rusiyanı döyüşdə saxlayır. 

Qaynarinfo xəbər verir ki, Amerikanın "Foreign Policy" jurnalına görə, son bir ildə Şimali Koreyadan köhnə və keyfiyyətsiz sursatların tədarükü Ukraynanın rus qoşunlarının irəliləməsinə müqavimət göstərmək qabiliyyətinə ən böyük təhlükələrdən birinə çevrilib.

Mütəxəssislər qeyd edir ki, bu yay Rusiyaya ən azı 2 milyon mərmi göndərilib, onların çoxu köhnə, zədələnmiş və ya hansısa şəkildə nasaz olub.

ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi və Şimali Koreyanın silahlarının yayılması üzrə ekspert Van Dipenin qeyd etdiyi kimi, bu, yüksək keyfiyyətli sursat deyil, lakin onsuz Rusiyanın müharibə üsulunu saxlamaq çətin olacaq:

Karnegi Beynəlxalq Sülh Fondunun Rusiya və Avrasiya Proqramı üzrə baş elmi işçisi Maykl Kofman Şimali Koreyanın artilleriya mərmilərinin çox yaxşı olmadığı ilə razılaşır, lakin qeyd edir ki, artilleriya sursatına gəldikdə, kəmiyyət çoxluğu keyfiyyətə təsir edə bilir. Ekspert hesablayıb ki, məhz Şimali Koreyadan təchizat Rusiyaya kritik bir ildə Ukrayna qoşunları üzərində artilleriya atəşi üstünlüyünü 3-1 və ya daha yüksək səviyyədə saxlamağa imkan verib.

Jurnal yazır ki, buna görə də döyüş meydanında KXDR-dən çoxlu sayda, hətta keyfiyyətsiz silahların olması Ukrayna hərbi rəhbərləri və ABŞ rəsmiləri arasında narahatlığa səbəb olur.

Xatırladaq ki, avqust ayında Cənubi Koreya Hərbi Kəşfiyyat İdarəsinin hesabatında qeyd olunub ki, 2022-ci ilin ortalarından Şimali Koreya Rusiyaya silah daşıya bilən 13 min dəniz konteyneri göndərib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->