Xəbər lenti

"Şimali Koreyanın raketləri Paris, Berlin, Londonu vura bilər" - Prezident
Dünya15:37 12.07.2023

"Şimali Koreyanın raketləri Paris, Berlin, Londonu vura bilər" - Prezident

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Şimali Koreyanın raket proqramı təkcə Vilnüs üçün deyil, Paris və Berlin üçün də təhlükə yarada bilər". 
Qaynarinfo xəbər verir ki, bunu Cənubi Koreya prezidenti Yun Sok-yeol iyulun 12-də NATO-nun Vilnüsdə keçirilən sammiti çərçivəsində deyib.
"Şimali Koreyanın nüvə raketləri real təhlükə yaradır və təkcə Vilnüs deyil, Paris, Berlin və Londonu da vurmağa qadirdir", deyə prezident bildirib.
O qeyd edib ki, NATO ölkələri və onların tərəfdaşları birləşməli və Şimali Koreyanın hərəkətlərini yekdilliklə pisləməlidir.
Cənubi Koreya lideri həmçinin bildirib ki, müasir dünyada Avropa və Asiyanın təhlükəsizliyi bir-biri ilə bağlıdır. Ayrı-ayrı dördtərəfli görüşdə o, NATO-nun Asiya-Sakit okean regionundakı tərəfdaşlarını - Avstraliya, Yaponiya və Yeni Zelandiyanı əməkdaşlığı gücləndirməyə çağırıb.
Çərşənbə günü Cənubi Koreya ordusu Şimali Koreyanın uzaqmənzilli ballistik raket buraxdığını bildirib. Buraxılma ilə əlaqədar olaraq, Yun Seok Yeol Milli Təhlükəsizlik Şurasının daimi üzvlərinin fövqəladə iclasına sədrlik edib. Cənubi Koreya mediası bildirir ki, söhbət qitələrarası ballistik raketdən gedir.
Aydın