Xəbər lenti

İmam döyülərək öldürüldü
Dünya11:37 22.02.2016

İmam döyülərək öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərənin Greyt Mançester bölgəsində xidmət edən Banqladeş əsilli Cəlaləddin adlı məscid imamı, naməlum şəxslər tərəfindən hücuma məruz qalıb. 
Qaynar.info avropa.info-ya istinadən bildirir ki, üç nəfər naməlum şəxs tərəfindən döyülən yaşlı məscid imamı başından aldığı zərbələr səbəbiylə dünyasını dəyişib. 
Bölgənin Roçdal qəsəbəsində cümə axşamı bir dostunun evinə qonaq gedən Cəlaləddin evinə qayıdarkən hücuma məruz qalıb və dərhal xəstəxanaya yerləşdirilib. 
Roçdal yerli məclisinin üzvü Əli Əhməd öldürülən imamın çox yaxşı insan olduğunu və heç kimə bir zərəri dəymədiyini söyləyib. 
İngilis mətbuatı təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərdə həmin şəxslərin şəxsiyyətinin müəyyən edilə bilmədiyini, polisin cinayətkarları axtardığını yazıb. 
Qaynar.info