
Türkiyənin Niğdə şəhərinin məscidlərinin birində imam özünü asıb.
Qaynar.info Oxu.Az-a istinadla xəbər verir ki, səhər məscidə gələnlər 40 yaşlı imam Yaqub Vuralın asılı vəziyyətdə meyitini aşkar ediblər.
Müəyyən olunub ki, imamın ailəsi ilə problemi olub və 6 aydır ki, həyat yoldaşından ayrılıb. İmamın “məni başa düşmədiniz” sözünün olduğu məktubu yazaraq intihar etdiyi bildirilir.