Xəbər lenti

Çimərlikdə hicablı qadın politoloqu dilə gətirdi
Dünya11:06 21.08.2014

Çimərlikdə hicablı qadın politoloqu dilə gətirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransanın Ailə işləri üzrə keçmiş naziri Nadin Morano bütün fransız qadınlarını çimərlikdə bikini geyinməyə çağırdı.

Ans press-in məlumatına görə, Morano çimərlikdə hicablı müsəlman qadını ilə foto çəkdirdikdən sonra bu qərara gəlib. Müsəlman xanımın qızmar çimərlikdə hicabını belə açmamasına baxmayaraq ərinin heç nə olmayıbmış kimi soyunaraq dənizdə üzməsi fransız politoloqu təəssüfləndirib. 

"Əgər siz dincəlmək üçün kübar qanunları olan Fransa kimi ölkə seçmisinizsə, bizim qanunlarımıza və qadın azadlığına hörmət etmək məcburiyyətinizdəsiz. Ya da harasa başqa ölkəyə gedə bilərsiz." - deyə, o, əlavə edib.

O, həm də qeyd edib ki, çimərlikdə bikini geyinmək fransız qadınının borcudur. 

"Heç bir din Fransaya baha başa gəlmiş proqresinə mane olmaq ixtiyarında deyil" - deyə Morano müsahibəsində bəyan edib.

Qaynar.info