Xəbər lenti

Çimərlikdə turistlər güllələndi: 3 nəfər öldü
Dünya10:01 29.07.2013

Çimərlikdə turistlər güllələndi: 3 nəfər öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Silahlanmış naməlum şəxs Albaniyanın şəxsi çimərliklərinin birində avtomat silahdan atəş açaraq insanlara faciə yaşadıb.

Ann.az məlumat verir ki, silahlanmış şəxs məqsədli şəkildə Albaniyanın Vlera şəhərindəki çimərliyə daxil olub və adamlara atəş açıb. Silahlı hücum nəticəsində 3 nəfər ölüb, bir nəfər isə yaralanıb.

Faciə şəxsi çimərliyin qapalı hissəsində, yerli hotellərin birinin yaxınlığında baş verib. Hazırda polis silah açan şəxsin axtarışlarını davam etdirir. Şahidlərin sözlərinə görə, silahdan atəş açdıqdan sonra həmin şəxs yaxınlıqdakı avtomobilə oturaraq qaça bilib.

Qaynar.info