Xəbər lenti

İmişlidə minik avtomobili aşıb, sürücü xəsarət alıb
Dünya19:21 12.05.2016

İmişlidə minik avtomobili aşıb, sürücü xəsarət alıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İmişlidə 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 
“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Boşcalılar kəndi ərazisində qeydə alınıb.
Belə ki, Beyləqan rayonunun İmamverdilər kənd sakini, 68 yaşlı Mətləb Surxay oğlu Əliyev idarə etdiyi “Vaz-2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşıda gələn maşının işığı gözünə düşdüyündən idarəetməni itirib və avtomobil yolun kənarına aşıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı İmişli rayon Polis şöbəsində araşdırma aparılır.
Qaynarinfo.az