Xəbər lenti

İmperator baba olur
Dünya19:51 06.04.2016

İmperator baba olur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə millisinin baş məşqçisi Fatih Terimin kiçik qızı, moda bloqçusu Buse Terim ana olmağa hazırlaşır.
Volkan Bahçekapılı lə ailəli olan B. Terim “İnstagram” hesabında 3 aylı hamilə olduğunu yazıb.
“Həyat yoldaşımla 8 ildir ki, bir-birimizə böyük sevgiylə bağlıyıq. O vaxtlar ən böyük xəyalımız ailə qurub hər saniyəmizi bərabər keçirmək idi. Bu xəyalımıza qovuşa bildiyimiz üçün hər nəfəs alıb-verəndə Allaha şükür edirik. Günlərin birində bir-birinə bağlanan ürəklərimizin başqa bir sevgiyə yol açacağının xəyalını qurardıq. O sevgiylə 3 ay öncə tanış olduq. Kiçik qəlbiylə sevgimizi böyüttü, bizi tamamladı. Hər kəs bilsin: Bizim Allahın izniylə bir körpəmiz olacaq”, - deyə B. Terim bildirib. (Qafqazinfo)
Qaynar.info