Xəbər lenti

İmran Xana 5 illik siyasi qadağa qoyulub
Dünya18:21 08.08.2023

İmran Xana 5 illik siyasi qadağa qoyulub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət hədiyyələrini satmaqda və var-dövlətini gizlətməkdə ittiham olunan Pakistanın keçmiş baş naziri İmran Xana Toşaxana işi çərçivəsində 5 il siyasi qadağa qoyulub.
"Report" Pakistan mediasına istinadən xəbər verir ki, Pakistan Seçki Komissiyası siyasi qadağa qərarını 2017-ci il Seçki Qanununun 232-ci maddəsi və Konstitusiyanın 63(1)(h) maddəsinə əsaslanaraq, Xana qarşı həbs cəzasını əsas gətirib.
Qeyd edək ki, sözügedən cinayət işi çərçivəsində İmran Xan 3 il həbs cəzası alıb.
Xan hökuməti ötən ilin aprelində parlamentdə etimadsızlıq səsverməsindən sonra süqut edib.