Xəbər lenti

Çin ABŞ-a sanksiya tətbiq etdi
Dünya08:20 02.12.2019

Çin ABŞ-a sanksiya tətbiq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çin Honq Konqla bağlı qanun layihəsi qəbul etməsinə cavab olaraq ABŞ-ın bir sıra qeyri-hökumət təşkilatlarına qarşı sanksiya tətbiq edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, tanınmış "Human Rights Watch" təşkilatı da daxil olmaqla bir sıra QHT-lərin fəaliyyətinə məhdudiyyətlər qoyub. Bununla yanaşı ABŞ gəmilərinin Honq Konq limanına daxil olması ilə bağlı müraciətlərinə baxılması prosesi də dayandırılıb.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Senatı Honq Konqda insan hüquqlarının və demokratiyanın qorunması barədə qanun layihəsi qəbul edib. Pekin Vaşinqtonun bu addımını qınayıb.
Camal