Xəbər lenti

Çin ABŞ-ı ittiham etdi
Dünya09:09 16.04.2013

Çin ABŞ-ı ittiham etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerika Birləşmiş Ştatlarını Asiya-Sakit okean bölgəsinə daha çox hərbi qüvvə göndərməklə və regiondakı müttəfiqlərini qızışdırmaqla, bölgədəki sabitliyi təhlükə altına qoyur. ABŞ-a qarşı bu ittihamı Çinin Müdafiə Nazirliyi irəli sürüb.

Nazirliyin mətbuat katibi Yanq Yudjin keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ-ın bu cür addımları regiondakı siyasi trendlərə ziddir və bölgədə sülh və sabitliyə ziyan vurur.

Onun sözlərinə görə, bu prosesə cəlb olunan ölkələr bunun əvəzinə, region qüvvələrinin arasında qarşılıqlı etimadı artırmağa diqqət yetirməlidir./anspress.com/