Xəbər lenti

Çin ABŞ-ı məhv edəcək silahını sınaqdan keçirdi
Dünya19:42 19.04.2016

Çin ABŞ-ı məhv edəcək silahını sınaqdan keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çin ən yeni "Dunfen-41" (DF-41) qitələrarası ballistik raketini sınaqdan keçirib.

Bu barədə ABŞ mediası Pentaqondakı mənbəyə istinadla məlumat yayıb. 

ABŞ xüsusi xidmət orqanlarının proqnozlarına görə, ən yeni Çin raketi 10 mindən çox kilometr məsafəni qət etməyə və 10-a qədər döyüş başlığı daşımağa qadirdir. Bu raket 30 dəqiqə ərzində ABŞ-ın istənilən nöqtəsini dağıtmağa qadirdir. 

Ehtimal edilir ki, Çin yeni ballistik raket sınağını Cənubi Çin dənizində mübahisəli adalardan birində keçirib.

Raketin işə salınması anı ABŞ peykləri tərəfindən qeydə alınıb. Ancaq raket sınağının harada baş tutduğu məlum deyil. 

Qeyd edək ki, Çin "Dunfen-41" ballistik raketinin ilk sınağını ötən ilin dekabr ayının 5-də keçirmişdi.

Qaynarinfo.az