Çin hökuməti Co Baydeni ABŞ-da prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.
Qaynarinfo bu haqda "Reuters”ə isatinadla xəbər verir. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin açıqlaqmasında Pekinin amerikalıların seçiminə hörmət etdiyini söyləyib.
Çinin bu günə qədər Amerika seçkilərini şərh etməkdən çəkinən az sayda ölkə arasında olduğu qeyd edilib.
Papa Fransisk də Baydenə təbrik göndərib. Papa katoliklər arasında sülhün bərqərar edilməsindəki roluna görə pontifikə təşəkkür edən və iqlim dəyişikliyi, yoxsulluq və miqrasiya mövzusunda əməkdaşlıq ümidini dilə gətirən siyasətçiyə xeyir-dua verib.
Xatırladaq ki, media və bir sıra dünya liderləri Baydeni ABŞ-ın seçilmiş prezidenti elan edib. Lakin səslərin hesablanması hələ rəsmi olaraq başa çatmayıb və hazırkı dövlət başçısı Donald Tramp özünü məğlub hesab etmir.
Alpər