Xəbər lenti

Çin daha bir Kanada vətəndaşını həbs etdi
Dünya14:20 19.12.2018

Çin daha bir Kanada vətəndaşını həbs etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çinin son dövrlərdə 3-cü Kanada vətəndaşını həbs etdiyi iddia edilir.
Qaynarinfo xəbər verir ki, Kanada xarici işlər nazirliyi məsələdən xəbərdar olmadıqlarını açıqlayıb. 
Qeyd edək ki, 1 dekabrda Çinin texnologiya nəhəngi "Huawei"in maliyyə məsələləri üzrə direktoru Meng Wanzhou Kanadada həbs edilib. O, 12 dekabrda zamin qarşılığında azadlığa buraxılıb. Daha sonra isə Çində Kanada vətəndaşları Maykl Spavor və Maykl Kovriq adlı şəxslər 10 dekabrda saxlanılıb. Hər iki kanadalı Çinin milli təhlükəsizliyinə qarşı fəaliyyətdə itthamı ilə tutulub. Həbslərin Çinin Kanadaya cavabı olduğu bildirilir. 
Gülşən