Xəbər lenti

Çin dəhşətli enerji planını açıqladı
Dünya12:07 22.09.2016

Çin dəhşətli enerji planını açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çin yaxın 10 il ərzində 60 yeni Atom Elektrik Stansiyası inşa etməyi planlaşdırır.

Qaynarinfo.Az xarici mətbuata istinadən xəbər verir ki, bunu Çin dövlət atom elektrik texnologiyası kompaniyasının rəhbəri Çjen Quanmin bəyan edib.  

Məmurun sözlərinə görə, üç nəhəng sənaye kompaniyası ilə minimum iki AES tikəcək. Qeyd olunub ki, bu məqsədlə Çin 570 milyard dollar ayıracaq.

Hazırda Çində 30 enerji bloku fəaliyyət göstərir, 20-i isə tikilməkdədir.

Qeyd edək ki, iqtisadçı ekspert İlham Şaban bu xəbəri Çin dəhşətli bir enerji planını açıqlayıb deyə şərh edib:

"Çin 2026-cı ilə qədər 10 atom elektrik stansiyası tikmək niyyətindədir. Bundan əlavə alternativ energetikanın inkişaf etdirilməsi sahəsində Dünyanın 3 lider ölkəsi sırasında olmacağını bəyan edib. Belə olan halda neft və qazın qiymətləri necə olacaq?" deyə yazıb. 

Qızılgül

Qaynarinfo.Az