Çin Xarici İşlər naziri Van Yi dünyada yayılmağa başlayan koronavirus epidemiyası ətrafında "süni çaxnaşma" yaratdığı üçün bəzi ölkələri qınayıb.
Qaynarinfo xəbər verir ki, nazir hindistanlı həmkarı Subramanyam Cayşankar ilə telefon danışığında vəziyyəti müzakirə edib və onu fəaliyyətlərini uzlaşdırma çağırıb.
Vanq Yinin sözlərinə görə, qloballaşma dövründə hər kəs transmilli çağırışlara cavab vermək üçün konstruktiv rol oynamalıdır.
"Biz gərginliyi artıran və hətta çaxnaşma yaradan ayrı-ayrı ölkələrin hərəkətlərini qınayırıq", - nazir deyib.
Xarici İşlər naziri Çin səlahiyyətlilərinin virusun yayılmasına nəzarət üçün ən sərt tədbirlər gördüyünü, hətta bunun çoxunun beynəlxalq sağlamlıq qaydalarının tələblərini aşdığını da bildirib.
Rəsmi Pekin təkcə öz vətəndaşlarının deyil, bütün dünyadakı insanların sağlamlıqlarını qorumaq üçün var gücləri ilə çalışdıqlarını vurğulayıb.
Xatırladaq ki, ÇXR-də son bir gündə virusdan 50-yə yaxın insan ölüb, qurbanların ümumi sayı 213-dən 260-a çatıb. Bir gündə yoluxanların sayı min nəfər artaraq 11 mini keçib, ölkənin demək olar ki, bütün bölgələri xəstəlikdən ziyan görüb. ÜST fövqəladə vəziyyəti qlobal problem olaraq qəbul edib.
Alpər