
Çin prezidenti Şi Cinpinq Çin Kommunist Partiyasının 19-cu Milli Konqresində çıxış edərək yeni proqnozlar verib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Şi Tienanmen meydanındakı Böyük Xalq Salonunda "Orta səviyyəli rifaha sahib cəmiyyətin inşası və Çin tipi sosializmin yeni dövrü" adlı hesabatla çıxış edib.
Çıxışda Cinpinq "Çin üsulu sosializm 2020-2050-ci illərdə yeni mərhələyə qədəm qoyacaq. Bu dövrdə güclü cəmiyyətin inşası üçün ÇKP sosialist quruluşu müasirləşdiriləcək. Bu dövrdə bölgələr arasında iqtisadi bərabərsizlik və digər ədalətsiz vəziyyətlərlə üzləşməyə hazır olmalı və Çinin suverenliyi əleyhinə addımlara qarşı çıxmalıyıq. Çinin xarici ticarəti daha da genişləndiriləcək və liberal ticarət qaydaları tətbiq ediləcək" deyib.
Prezident həmçinin 2012-ci ildən bu günə qədər ölkənin əldə etdiyi uğurlardan söz açaraq iqtisadi, demokratik və hüquqi sahədəki irəliləyişlərdən, islahatlardan, beynəlxalq diplomatik əlaqələrdən söz açıb.
Gülşən
Qaynarinfo.Az