Peykdən şəkilən şəkillər Rusiyanın yeganə ağır təyyarədaşıyan "Admiral Kuznetsov” gəmisinin bir il ərzində daha da paslandığını üzə çıxarıb. Keçən il təmir ediləcəyi elan edilsə də, olmadı.
Qaynarinfo xəbər verir ki, Çin qəzeti "Sohu" Rusiya təyyarədaşıyan gəmisini bütün donanma üçün ayıb adlandırıb.
"Rus təyyarə gəmisi "Admiral Kuznetsov”un necə tez paslandığını görəndə təəccübləndik. Üst göyərtənin ciddi korroziyası - səyahətdə olan bu rus gəmisinin təmiri belə sona çatmayıb. Bu davam edərsə, təyyarə gəmisi "Admiral Kuznetsov” çox keçmədən sıradan çıxan ilk gəmi ola bilər”, - "Sohu” yazır.
Məqalə müəllifləri qeyd edirlər ki, "dağılma"nın bu mərhələsində kreyseri təmir etməyə çalışmaqdansa istifadədən silmək daha asandır.
Alpər