
Çinin 3 restoranı ofisiant çalışan robotları işdən "azad etməli olub" və onların yerinə yenidən canlı insanları işə götürüb.
Qaynar.info lent.az-a istinadən bildirir ki, bu robotlar müştərini olduqca əla salamlayır. Ancaq qida və içkiləri səliqəli şəkildə daşımağı bacarmır.
Bu restoranlardan birinin inzibatçısı bildirib ki, ofisiantlar qan-tər içində tez cəld hərəkət etmək, manevrlər etmək xüsusiyyətlərinə malikdirlər. Robotlar isə yavaş hərəkət edir və ləng tərpənir.
Mütəxəssislər təsdiqləyirlər ki, təcrid olunmuş mexaniki işlər üçün robotlar çox uyğundur. Ancaq onlar hələlik çıxılmaz vəziyyətlərdə özlərini apara bilmir.
Qaynar.info