Çin hakimiyyəti koronavirusun yayılması ilə mübarizə aparmaq üçün Rusiyaya bir qrup həkim göndərməyə qərar verib.
Qaynarinfo xəbər verir ki, bu haqda Çin Xarici İşlər Nazirliyi məlumat verib. Bildirilir ki, hökumətin yaratdığı mütəxəssislər qrupu 11 aprel səhəri Harbindən Rusiyaya uçub.
"Məqsədimiz Rusiyaya koronavirus infeksiyası ilə mübarizədə kömək etməkdir", - Çin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
Məlumata görə, qrupa 10 həkim daxildir. Onlar özləri ilə fərdi qorunma vasitələri - maskalar və respiratorlar, əlcəklər, birdəfəlik kostyumlar və sair də gətirirlər.
Alpər