Çinin "China Road and Bridge Corporation” şirkəti Gürcüstanın qərbindəki Rikoti dağ aşırımında yerləşən sürət avtomagistralında - "Şərq - Qərb” avtomagistralının bir hissəsi sayılan "Ubisa-Şorapani” yolunun tikintisini həyata keçirəcək.
Oxu.Az "Sinxua” agentliyinə istinadən xəbər verir ki, çətin landşaft səbəbindən bu hissə Gürcüstan ərazisindən keçərək, Azərbaycan sərhədi boyu uzanan "Şərq - Qərb” avtomagistralının ən çətin hissələrindən biri sayılır. 13 kilometrlik ərazidə 4 zolaqlı yol tikilir ki, bura 27 körpü və 18 tunel daxildir.