Xəbər lenti

Çin sülhün sirrini tapdı: Nədən ABŞ Rusiyaya hücum etmir?
Dünya06:13 24.10.2019

Çin sülhün sirrini tapdı: Nədən ABŞ Rusiyaya hücum etmir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ strateji nüvə qüvvələrinə sahib olduğu üçün Rusiyaya hücum etməkdən qorxur. 
Qaynarinfo xəbər verir ki, bu nəticəyə Çinin "Sohu” nəşri gəlib. 
"SSRİ-nin dağılması və müdafiə büdcəsinin dəfələrlə azaldılmasına baxmayaraq, Moskva hələ də Vaşinqton üçün təhlükə olaraq qalır. Rusiya nüvə qüvvələri Soyuq müharibədən bəri tam hazır vəziyyətdədir və amerikalıları "külü quru saxlamağa" məcbur edirlər.
Müasir dünyada bir ölkənin strateji nüvə qüvvələri varsa, o zaman hegemon sayılır və buna görə də onları hələ də "sülhün təmin olunmasının sirri” adlandırırlar”, - "Sohu” saytında yayımlanmış məqalədə deyilir.
Nəşr xatırladır ki, 1991-ci ildə Rusiya keçmiş Sovet İttifaqının silahlarının 70%-ni əlinə alıb və indi dünyada bu cür nüvə imkanlarına sahib olan ABŞ-ı saymayan yeganə ölkədir.