
Rusiyanın Sankt Peterburq şəhərində donanma günü münasibətilə Rusiya və Çin hərbi gəmiləri nümayiş edilir.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən böyük sualtı gəmisi olan "Dmitry Donskoy"un yer aldığı donanma paradında iki ölkə birlikdə güclərini nümayiş etdiriblər. 175 metrlik "Dmitry Donskoy" 200-dən çox öldürücü silah, 20 nüvə silahı və s. silahlar daşıya bilir. Sualtı gəmi adını 1359-1389-cu illərdə hökmdarlıq etmiş rus şahzadəsindən alıb.
Parada qatılan Rusiya prezidenti Vladimir Putin çıxış edib və donanmanın terrorla mübarizədə böyük addımlar atdığını deyib.
Qeyd edək ki, bu günlərdə ordu gününün 90 illiyini keçirməyə hazırlaşan Çin də ölkəsində hərbi paradlar keçirir.
Gülşən
Qaynarinfo.Az























