Xəbər lenti

Çin yoxsulluğu aradan qaldırmaq təcrübəsini dünya ilə bölüşəcək
Dünya11:45 23.11.2019

Çin yoxsulluğu aradan qaldırmaq təcrübəsini dünya ilə bölüşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çin hökuməti 2020-ci ilə qədər dövlət planı çərçivəsində ölkədəki yoxsulluğu tamamilə aradan qaldıracaq. Pekin bu təxrübəni digər ölkələrlə də bölüşməyə hazırdır.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van Yin Yaponiyanın Naqoya şəhərində G20 ölkələrinin xarici işlərinin iclasında çıxışı zamanı məlumat verib. Yinin fikrincə davamlı inkişaf bu problemi həll etmək üçün qızıl açardır. O, xatırladıb ki, son 40 ildə hökumət 850 milyondan çox insanı yoxsulluqdan xilas edib.
Nazirin sözlərinə görə, G20-nin beynəlxalq qarşılıqlı əlaqə formatı kimi mühüm siyasi qol kimi çıxış edir və bundan Beynəlxalq Valyuta Fondundakı dəyişiklikləri stimullaşdırmaq üçün də istifadə etmək lazımdır. O, indiki mərhələdə BVF-nin inkişaf etməkdə olan bazar iqtisadiyyatı və inkişaf etməkdə olan ölkələrin təmsilçilik və səsvermə hüquqlarını təmin edə bilmədiyini ifadə edərək, ciddi islahatlar aparılmasına ehtiyac olduğunu vurğulayıb.