Xəbər lenti

Çində 2 türk edam olunacaq
Dünya13:35 13.08.2013

Çində 2 türk edam olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çinin Sincan Uyğur Muxtar Vilayətində aprelin 23-də 21 nəfərin ölümü ilə nəticələnən aksiyalarda iştirak etdiklərinə görə, 5 nəfər uyğur türkündən ikisinə edam, digər üç nəfərə isə həbs cəzası verilib. 
Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Kaşğar Xalq Məhkəməsinin qərarı ilə həbs olunanlardan 1 nəfəri ömürlük, digər iki nəfəri isə 9 il 6 ay müddətinə həbsə məhkum edilib. 
Çin mətbuatı bildirir ki, məhkəmədə qaldırılan iddiaya görə, edam olunanlardan biri olan Musa Həsən “Qəsdən adam öldürmə, terror təşkilatına yardım etmə və qeyri-qanuni partlayıcı maddə saxlama”, digər edama məhkum edilən Rəhman Hupur isə “Qəsdən adam öldürmə və terror təşkilatına üzv olma” maddələri ilə ittiham olunublar.
Qeyd edək ki, Çində edam cəzaları, əsasən, Ali Xalq Məhkəməsinin təsdiq etdikdən dərhal sonra həyata keçirilir.
Qaynar.info