27 apreldə Çinin Mizi şəhərciyində məktəb yaxınlığında şagirdlərə hücum edərək bıçaqla 9 nəfəri öldürən, 11 nəfəri yaralayan Zhao Zewei edam edilib.
Qaynarinfo South China Morning Post-a istinadən xəbər verir ki, Zhao əvvəllər təhsil aldığı məktəbdən və ona qarşı zorakılıq törədən, təhqir edən cəmiyyətdən intiqam almaq üçün cinayəti törətdiyini açıqlamışdı.
Zhao Zewei barədə iyul ayında ölüm qərarı verilmişdi.
Gülşən