Çində yeni tip koronavirus pandemiyasından sonra bu dəfə də güclü yağış həyatı iflic edib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Quansi-Çjuan Muxtar Rayonunda aramsız yağışlar səbəbindən 320 min insan zərər çəkib. 14 min hektarlıq əkin sahələri su altında qalıb və 1 nəfər ildırım vurması səbəbindən həyatını itirib.
Meteoroloqlar 36 çayın daşması barədə xəbərdarlıq ediblər. Bölgənin Tianlin rayonunda torpaq sürüşmələri meydana gəlib və bəzi evlər uçub. Bundan başqa Hezhou şəhərində turizm mərkəzləri yağış səbəbindən bağlanıb.
Yağıntıların hələ bir müddət davam edəcəyi deyilir.