Çində bir qadın öskürəyin yardımıyla onu zorlamaq istəyən təcavüzkarın əlindən qurtula bilib.
Qaynarinfo kratko-news.com-a istinadən xəbər verir ki, hadisə yeni koronavirus epidemiyasının mərkəzinə yaxın Szinsyan şəhərində baş verib.
Mediada yayılan məlumatlara görə, naməlum maskalı kişi qadının yataq otağına girib. Ona hücum edib və boğmağa başlayıb. Ancaq qadın özünü itirməyib və cinayətkarın üzünə öskürməyə başlayıb. Bunun ardıyca da təcavüzkara bu yaxınlarda Vuhandan qayıtdığını və virusa yoluxduğunu deyib.
Bundan sonra təcavüzkar qorxuya düşüb, ancaq qadının telefonunu və pulunu da götürərək qaçıb.
Polis onu isti izlərlə Pinba şəhərətrafı məntəqədə həbs edib.
Xatırladaq ki, Çində bu günə qədər 563 nəfər koronavirusdan ölüb, 21 min nəfər isə virusa yoluxub. Çindən kənarda, təxminən 150 nəfərin yoluxduğu deyilir.