Çində yeni koronavirusa yoluxanların sayı 17 205 nəfərə, təhlükəli xəstəliyin qurbanlarının sayı isə 361-ə çatıb.
Qaynarinfo xəbər verir ki, bu haqda məlumat Çin Səhiyyə İşləri üzrə Dövlət Komitəsinin hesabatında yer alıb.
"475 xəstə xəstəxanadan buraxılıb, ölənlərin sayı 361-ə çatıb. Ümumilikdə 21 558 nəfər yoluxma ehtimalı ilə qeydə alınıb", - sənəddə deyilir.
Təkcə bir gündə Çində 2829 yeni yoluxma, 57 ölüm hadisəsi baş verib.