Xəbər lenti

Çində partlayış: - 47 ÖLÜ
Dünya07:46 23.11.2013

Çində partlayış: - 47 ÖLÜ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Sinopec" şirkətinin prezidenti Fu Çeyuy hadisə yerinə gələrək Çindao şəhərinin sakinlərindən üzr istəyib


Çinin neft boru kəmərində partlayışda ölənlərin sayı 47 nəfərə çatıb. ANS PRESS-in vz.ru saytına istinadən verdiyi məlumata görə, hadisə Çinin Şandun vilayətinin Çindao liman şəhərində Sinopec şirkətinə məxsus olan boru kəmərində baş verib. Sinxua agentliyinin yaydığı informasiyaya görə, partlayışda öncə 44 nəfərin öldüyü, 136 nəfərin isə yaralandığı bildirilirdi.

Çin mediasının məlumatında həmçinin vurğulanır ki, artıq dənizə neft axını başlayıb və 3 minlik çirkli ərazini təmizləmək üçün 22 xüsusi təyinatlı gəmi, 10 balıqçı və 6 patrul qayığı səfərbər edilib.
 
Sinopec şirkətinin prezidenti Fu Çeyuy hadisə yerinə gələrək Çindao şəhərinin sakinlərindən üzr istəyib.


Qaynar.info