Xəbər lenti

Çində qəzaya uğrayan Boeing-in 132 sərnişini və ekipajının hamısı ölüb
Dünya17:16 26.03.2022

Çində qəzaya uğrayan Boeing-in 132 sərnişini və ekipajının hamısı ölüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çin bazar ertəsi qəzaya uğrayan Boeing 737-də olan 132 nəfərin hamısının öldüyünü elan edib.
Qaynarinfo xəbər verir ki, "Sinxua” agentliyinin məlumatına görə, tədqiq edildikdən sonra xilasedicilər təxminən 50 min kvadratmetr məsafədə təyyarənin qalıqlarını və insan cəsədlərinin parçalarını aşkar ediblər.
Quanksi Çjuanq Muxtar Bölgəsinin yanğınsöndürmə və xilasetmə dəstəsinin komandirinin sözlərinə görə, qəza yerində partlayış izləri yoxdur. Faciənin ilkin versiyası - mühərrik nasazlığıdır.
Çinin Şərqi sərnişin təyyarəsi martın 21-də Çinin Quanqsi-Çjuan Muxtar Bölgəsinin Vuzhou şəhərində qəzaya uğrayıb. Təyyarədə heç bir xarici vətəndaş olmayıb.
Alpər