Xəbər lenti

Çində quş qripi səbəbindən 18 minə yaxın quş məhv edildi
Dünya08:50 02.02.2020

Çində quş qripi səbəbindən 18 minə yaxın quş məhv edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çində yeni koronavirus epidemiyasının ortaya çıxdığı Bubey əyaləti ilə qonşu olan Xunan əyalətində quş qripi müəyyən edilib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, H5N1 virusu səbəbindən 17 min 828 quş məhv edilib. İndiyə qədər quş qripinin insanlara keçməsi faktına rast gəlinməyib. Ümumdünya Səhiyyə Təşkilatı quş qripinin insana keçməsinin mümkün, lakin çətin olduğu qənaətindədir.
ÜST-ün hesabatına görə, 2003-cü ildən 2019-cu ilə qədər insanlarda rast gəlinən 841 quş qripi hadisəsində 455 nəfər həyatını itirib. Çində isə son 16 ildə 53 nəfərdə bu virusa rast gəlinib və onlardan 31 nəfəri ölüb.
Quş qripindən ölüm riskinin 50 faiz olduğu bildirilir.
Camal