Çində məhkəmə günahı sübuta yetirilmədiyi halda 25 il həbs yatan məhkuma 4,6 milyon yuan (təxminən 670 min dollar) təzminat ödənilməsinə qərar verib.
Qaynarinfo xəbər verir ki, Cilin ərazisində Liu Conglin adlı şəxs 1990-cı ildə bir qadının öldürülməsində ittiham edilib. Conglinə verilən edam cəzası daha sonra 25 illik həbslə əvəzlənib və o, 2016-cı ildə azadlığa çıxıb. Cinayət ittihamı ötən il Ali Məhkəmə tərəfindən yenidən tədqiq edilib və sübutların azlığına görə hökm "yanlış" adlandırılıb.
Qeyd edək ki, 2013-2018-ci illərdə Çində yanlış hökmə görə 28 mindən çox təzminat ödənilib.
Gülşən