Xəbər lenti

Çindən ABŞ-a xəbərdarlıq
Dünya06:18 11.08.2017

Çindən ABŞ-a xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çin xarici işlər naziri Vanq Yi ABŞ ordusunun Çin dənizindəki fəaliyyətinə görə Vaşinqton hökümətinə xəbərdarlıq edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, xarici işlər naziri ABŞ-ın Çin dənizindəki fəaliyyətinin ölkənin təhlükəsizlik və suverenliyinə təhlükə törətdiyini, həmçinin beynəlxalq hüquqa zidd olduğunu açıqlayıb.

Qeyd edək ki, filippinli donanma üzvü ABŞ-a aid "USS John S. McCain" hərbi gəmisinin Çinə aid süni adanın yaxınlığında hərəkət etməsi barədə məlumat vermiş, bundan sonra tərəflər arasında gərginlik yaranmışdı. 

Strateji cəhətdən əlverişli və təbii sərvətlərlə zəngin Çin dənizində ABŞ, Çin, Malaziya, Filippin, Vyetnam, Brünel və Tayvan haqq iddiasındadır. Xüsusilə iki dünya nəhəngi olan Çin və ABŞ arasında tez-tez fikir ayrılıqları və gərginliklər yaşanır.

Gülşən

Qaynarinfo.Az