
Çin 1 avqustda ordusunun yaranmasının 90 illiyini qeyd edəcək.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ordu günü ilə əlaqədar ölkədə hərbi parad təşkil edilib. 12 min əsgər, 100-dən çox hərbi təyyarə, 600-dən artıq hərbi texnikanın yer aldığı paradda Çin öz hərbi gücünü bütün dünyaya nümayiş etdirib. Paradda tanklar, nüvə raketləri və s. texnika yer alıb.
Qeyd edək ki, Çin ilk dəfə heç yerdə göstərmədiyi hərbi texnikanın 40%-ni nümayiş etdirib və ölkə rəhbəri Şi Cinpinq 2013-cü ildən bəri ilk dəfə hərbi forma ilə xalq qarşısına çıxıb.
Gülşən
Qaynarinfo.Az












