Xəbər lenti

Çindən tarixi qərar: məhdudiyyət ləğv olundu
Dünya09:20 11.03.2018

Çindən tarixi qərar: məhdudiyyət ləğv olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çin Xal Respublikasının sədri və müavininin iki dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyət ləğv olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə qərar bu gün Çin Xalq Nümayəndələrinin Yığıncağında qəbul edilib.
Yığıncaq bununla bağlı Konsitutsiyada yer alan maddəninin ləğv olunmasını dəstəkləyib. Bununla da Çin Xal Respublikasının sədri və müavini bundan sonra hər biri 5 il müddətinə olmaqla məhdudiyyətsiz seçilə biləcək.
Qeyd edək ki, Çinin hazırkı lideri Si Cinpin 2013-cü ildə ilk dəfə bu posta seçilib. O, ötən il keçirilən seçkilərdə də qalib gəlmişdi. Hazırkı ölkə rəhbərinin səlahiyyət müddəti 2013-cü ildə başa çatmalı idi. Lakin Konsitutsiyaya edilən dəyişikliklə onun yenidən dövlət başçısı seçilməsi üçün heç bir əngəl qalmayıb. 
Çin Komunist Partiyasının ötən il keçirilən XIX Böyük Konqresində verilən qərarla ölkənin qurucu lideri Mao Zedonqdan sonra partiya nizamnaməsinə adı düşən ikinci lider olmuşdu. 
Aydın