Xəbər lenti

İndi də Əl Qaidə Suriyada xilafət yaradır
Dünya05:25 11.05.2016

İndi də Əl Qaidə Suriyada xilafət yaradır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əl Qaidə terror təşkilatı Suriyada öz xilafətini yarada bilər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Die Velt” qəzeti yayıb. Qəzet artıq bununla bağlı terror təşkilatının lideri Ayman Zəvahirinin müraciət yaydığını bildirib. Zəvahiri müraciətində Suriyanı müsəlmanların böyük ümidi adlandırıb.

Qəzetin iddiasına görə, xilafət məhz Əl Qaidənin Suriya qanadı olan Nüsrə Cəbhəsinin nəzarət etdiyi ərazilərdə yarana bilər.

Qeyd edək ki, hazırda Suriyada Əl Qaidənin bir qolu olan Nüsrə Cəbhəsi döyüşür. Terror təşkilatı bu ölkədə böyük ərazilərə nəzarət edir. 

Qaynarinfo.az