Xəbər lenti

İndi heç kim BRICS-in vahid valyutasından danışmır - Lavrov
Dünya 21:41 24.08.2023

İndi heç kim BRICS-in vahid valyutasından danışmır - Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRICS üzvləri arasında vahid valyutanın yaradılmasının müzakirə olunmadığını bildirib. Eyni zamanda, ABŞ-ın nəzarətində olan sistemdən asılı olmayacaq qarşılıqlı ticarət və hesablaşmalar variantı nəzərdən keçirilir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant" yazır.

"İndi heç kim vahid valyutadan danışmır. Ən azından indi bütün diqqət qarşılıqlı ticarətimizi, qarşılıqlı iqtisadi layihələrimizi, sərmayələrimizi ABŞ və onun Qərb müttəfiqləri tərəfindən idarə olunan sistemdən asılı olmayan şəkildə təmin etmək yollarının tapılmasına yönəlib”, deyə Lavrov BRICS sammitinin keçirildiyi Yohannesburqda mətbuat konfransında jurnalistlərə bildirib. 

Lavrov qarşılıqlı ticarətdə milli valyutalardan istifadənin əsasına çevrilməli olan BRICS-in ehtiyat valyuta layihəsini, daha sonra isə alternativ ödəniş sisteminin yaradılmasını xatırladıb. "Dəqiq necə görünəcəyi ilə bağlı  maliyyə nazirləri və mərkəzi bankların sədrlərinə məşğul olmaq tapşırılıb" deyən nazir 2024-cü ildə Kazanda keçiriləcək sammit üçün dövlət başçılarına tövsiyələrin hazırlanacağını bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->